Menyu

Fələstinlilərin bir qismi Misirdən Qəzzaya qayıdıb

Şəfa Hüseynli
Fələstinlilərin bir qismi Misirdən Qəzzaya qayıdıb
1 dəq oxu

Misirin xəstəxanalarında müalicə aldıqdan sonra ilk fələstinli qrup Qəzza zolağına geri qayıdıb.

Operativ Media xəbər verir ki, bu barədə Misirin “Əl-Qahira əl-İxbariya” televiziya kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Qəzza zolağını tərk etmiş anklav sakinlərini daşıyan avtobus Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya daxil olub və Ümumdünya Səhiyyə Təşkilatının avtomobillərinin müşayiəti ilə cənubdakı Xan Yunis şəhərinə yola düşüb.

Avtobusda olan fələstinlilərin dəqiq sayı hələlik açıqlanmayıb.

Əlaqəli Xəbərlər