Menyu

BMT Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib

Xəbərlər redaksiyası
BMT Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib

BMT Təhlükəsizlik Şurasına fevralda Böyük Britaniya sədrlik edəcək.

Operativ Media xəbər verir ki, Böyük Britaniyanın BMT yanında daimi nümayəndəsi, səfir Ceyms Kariuki Şuranın aylıq iş proqramı və Londonun prioritetləri ilə bağlı brifinq keçirib.

Daimi nümayəndə qeyd edib ki, Böyük Britaniyanın fevral üçün prioritetləri üç böyük böhran ətrafında cəmlənir, Ukrayna, Sudan və Qəzza.

Səfirin sözlərinə görə, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü ilə bağlı Təhlükəsizlik Şurasında xüsusi iclas çağırılacaq. İclasın Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri tərəfindən idarə olunması gözlənilir. Britaniya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq qalır.

London Kiyevə hərbi, maliyyə və iqtisadi dəstəyi davam etdirəcək, eyni zamanda Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılmasını dəstəkləyəcək.

Həmçinin, Sudandakı müharibə və humanitar fəlakət də Böyük Britaniya üçün prioritet olaraq qalır.

Əlaqəli Xəbərlər