İsrailin Eylat şəhərindən çıxdıqdan sonra ABŞ-nin raketli eskadrilyası "USS Delbert D. Black" və İsrailin "Sa`ar 5" sinifli "INS Eilat" korveti Qırmızı dənizdə planlı təlimlər keçirib.
Operativ Media xəbər verir ki, bu barədə "The Times of Israel" ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığına (NAVCENT) istinadən məlumat yayıb.
İsrailin Müdafiə Ordusu bildirib ki, təlimlər İsrail Hərbi Dəniz Qüvvələri ilə ABŞ-nin 5-ci donanması arasında Qırmızı dənizdə davam edən əməkdaşlıq çərçivəsində baş tutub.