Menyu

ABŞ və İran bu həftə İstanbulda danışıqlar apara bilər

Şəfa Hüseynli
ABŞ və İran bu həftə İstanbulda danışıqlar apara bilər

ABŞ və İran fevralın 6-da İstanbulda diplomatik danışıqlar apara bilərlər.

Operativ Media xəbər verir ki, bu barədə "NBC news" məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Trampın  xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi iştirak edəcək. 

Əsas müzakirə mövzuları İranın nüvə və raket proqramları olacaq.

Tərəflər İstanbulda görüş təşkil etmək üzərində işləyirlər, lakin detallar hələlik dəqiqləşdirilməyib. Danışıqlar Türkiyənin vasitəçiliyi ilə Qətər və Misirin dəstəyi ilə aparılır.

Yaxın Şərqdən olan bəzi diplomatların fikrincə, danışıqlarda Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Pakistan və Omanın xarici işlər nazirləri iştirak edə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər