Fransa səfirliyi 1365 manat maaşla təmizlik işçisi axtarır
Fransanın Azərbaycandakı Səfirliyi 16 mart 2026-cı il tarixindən etibarən xidmətçi vəzifəsi üzrə işçi qəbul edəcək.
Operativ Media-nın əldə etdiyi məlumata görə, işə qəbul olunacaq şəxs səfirliyin binasında və səfirin iqamətgahında gündəlik təmizlik işlərini həyata keçirəcək.
Zərurət yarandıqda rəsmi qəbullar və tədbirlər zamanı masaların hazırlanması, süfrəyə xidmət və yeməklərin təqdim olunması işlərində də iştirak edəcək.
Namizədlərdən bu sahədə iş təcrübəsi, fransız və ya ingilis dilini bilmək və verilən tapşırıqları başa düşmək bacarığı tələb olunur. İşçi dəqiq, səliqəli olmalı və məxfiliyə ciddi şəkildə riayət etməlidir.
İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 09:00-dan 13:00-dək və 14:30-dan 18:00-dəkdir. Cümə günləri iş saatı 17:30-da başa çatır. Zəruri hallarda axşam saatlarında və ya həftəsonları işləmək lazım gələ bilər.
Aylıq əmək haqqı 1365 manatdır (vergilər çıxılmadan). Müqavilə bir illikdir və uzadılması mümkündür.
Müraciət etmək istəyənlər CV, motivasiya məktubu və şəxsiyyət vəsiqəsinin və ya pasportun surətini 10 fevral 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Qeyd olunub ki, namizədlər Azərbaycanda işləmək hüququna malik olmalıdırlar.