İran paytaxtının şimalında yerləşən Cənnət bazarında güclü yanğın olub.
Operativ Media xəbər verir ki, bu barədə Tehran yanğından mühafizə xidmətinin nümayəndəsi Cəlal Maliki "SNN" telekanalına bildirib.
Onun sözlərinə görə, yanğın çoxsaylı köşklərin və ticarət çadırlarının yerləşdiyi təxminən 2000 kvadratmetr sahəni əhatə edib.
Hadisə yerində yanğınsöndürmə avtomobilləri, su sisternləri və oksigen balonları da daxil, lazımi avadanlıqlarla təchiz edilmiş beş yanğınsöndürmə bölməsi işləyir.