Menyu

Masazırda 2 km uzunluğunda avtomobil yolunun təmiri yekunlaşmaq üzrədir

Operativ Media
Masazırda 2 km uzunluğunda avtomobil yolunun təmiri yekunlaşmaq üzrədir

 Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda icra olunan əsaslı təmir işləri son mərhələdədir. 

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, iki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir. Sözügedən yol uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdir. Bu da avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə ciddi maneələr törədirdi. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər artıq aradan qaldırılır.

Təmir işləri zamanı yol boyunca zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilib. Bundan başqa, vətəndaşların rahat hərəkətinin təmin edilməsi məqsədilə yol boyunca mövcud piyada səkisi də bərpa olunub. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Əsaslı təmir işləri tam yekunlaşdıqdan sonra yolun istismara yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur.

Fotogalereya

Əlaqəli Xəbərlər