Menyu

Rusiya Bakıda keçiriləcək Dünya Kubokunda 14 idmançı ilə təmsil olunacaq

Operativ Media
Rusiya Bakıda keçiriləcək Dünya Kubokunda 14 idmançı ilə təmsil olunacaq
2026-cı ildə Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda 14 rusiyalı idmançı iştirak edəcək.

Operativ Media xəbər verir ki, Dünya Kuboku mərhələsi 21-22 fevral tarixlərində keçiriləcək.
Rusiya və Belarus idmançıları hazırda Beynəlxalq Gimnastika Federasiyasının turnirlərində neytral kimi iştirak etmək məcburiyyətindədirlər.
Dünya Kubokunun Bakı mərhələsində iştirak üçün ərizəyə Fedor Sorokin, Kirill Panteleyev, Maksim Didenko, Roman Neudaçin, Mariya Mixaylova, Sofiya Alyaeva, Diana Strelnikova, Sofiya Bladtseva, Aleksandr Şerbakov, Matvey Belov, Valeri Koşkin, Aleksandra Neydai Lyamina, Aleksandra Neydai Lyamina və digərləri daxil olub.

Əlaqəli Xəbərlər