ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Qırğızıstana səfər edəcək
Şəfa Hüseynli
ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi - səfir Sercio Qor Qırğızıstana səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Askat Alagözov sosial media səhifəsində məlumat verib.
"Sercio Qor, Qırğızıstan tərəfinin dəvəti ilə 3 fevraldan 6 fevrala qədər Qırğızıstana səfər edəcək. Səfər çərçivəsində səfir Sercio Qor Prezident Sadır Japarovla görüşəcək."- prezidentin mətbuat katibi qeyd edib.
"Xüsusi nümayəndə həmçinin bu ilin 4-5 fevral tarixlərində Bişkekdə keçiriləcək "Mərkəzi Asiya və ABŞ arasında iqtisadi əməkdaşlığın təşviqi" mövzusunda ikinci "B5+1" dialoq forumunda iştirak edəcək", - Alagözov yazıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net