Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayı artır
Operativ Media
2025-ci il ərzində Yaxın Şərq ölkələrindən Azərbaycana 301,3 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 13,1 faiz çoxdur.
Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə ötən ilin dekabr ayında qeyd edilən regiondan ölkəyə 28,2 mindən çox şəxs səfər edib. Bu, 2024-cü ilin dekabr ayına nisbətdə 29,3 faiz, 2025-ci ilin noyabr ayına nisbətdə isə 43,8 faiz çoxdur.
2025-ci ilin dekabr ayında Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə: