Menyu

Paytaxtda 26 kq narkotik vasitə aşkarlanıb

Operativ Media
Paytaxtda 26 kq narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.

Operativ Media-ya bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Onlardan 26 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb. 

Faktlarla bağlı cinayət işi başlanılıb. X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər