Menyu

“İmişli” FK-nın prezidenti: Yeni stadion tikməyi planlaşdırırıq

Operativ Media
“İmişli” FK-nın prezidenti: Yeni stadion tikməyi planlaşdırırıq

“İmişli” Futbol Klubunun prezidenti Kamran Eyyubov klubun stadionla bağlı planları barədə açıqlama verib.

Operativ Media xəbər verir ki, o, bu haqda "Sportinfo TV"yə danışıb.

O bildirib ki, İmişli şəhər stadionu İdman Həmkarları Cəmiyyətinə məxsusdur və 2004-cü ildə MKT şirkətinə 20 illik icarəyə verilib. Prezidentin sözlərinə görə, MKT şirkəti stadionu əsaslı şəkildə təmir edib, hazırda tikili şirkətə, torpaq isə həmkarlar ittifaqına məxsusdur. Stadion ətrafındakı bəzi ərazilərin isə üçüncü şəxslərə aid olması mövcud infrastruktura investisiya yatırılmasını məqsədəuyğun etmir.

Kamran Eyyubov qeyd edib ki, bu səbəbdən klub üçün İmişlidə yeni stadionun inşası daha düzgün variant hesab olunur. Onun sözlərinə görə, əgər komandanın növbəti mövsüm Premyer Liqada qalacağı dəqiqləşərsə, klub ərazi alaraq stadion tikintisinə başlayacaq.

“Biz 10 min tamaşaçı tutumu olan stadion tikməyi planlaşdırmırıq. ‘Sumqayıt’ klubunun əvvəlki stadionu – Kapital Bank Arena tipində bir arena inşa etməyi düşünürük. Əgər hər şey plan üzrə getsə, gələn mövsüm 10-11 ev oyunumuzu yeni stadionda keçirə bilərik”, – deyə klub prezidenti vurğulayıb.

Əlaqəli Xəbərlər