Menyu

Moskva metrosunda sərnişinlərin smartfonları yoxlanılacaq

Şəfa Hüseynli
Moskva metrosunda sərnişinlərin smartfonları yoxlanılacaq

Moskva metrosu zərurət yaranarsa sərnişinlərin mobil telefonlarını yoxlamağa başlaya bilər. 

Operativ Media xəbər verir ki, bu barədə Moskva Metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Rusiya Nəqliyyat Nazirliyinin göstərişi ilə müəyyən edilmiş təhlükəsizlik standartlarını təmin etmək üçün "Moskva metrosundan istifadə edən bütün insanlar Moskvanın nəqliyyat müəssisələrində metal detektorlar vasitəsilə yoxlanılacaq.

"Rusiya Nəqliyyat Nazirliyinin 4 fevral 2025-ci il tarixli 34 nömrəli əmri ilə müəyyən edilmiş yeni mobil telefon yoxlama tədbirləri, zəruri hallarda mövcud təhlükəsizlik tədbirlərinə əlavə olaraq tətbiq oluna bilər".- Moskva Metropoliteninin mətbuat xidməti bildirib.


Əlaqəli Xəbərlər