Menyu

Zəngilanda çörək və unlu məmulatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Operativ Media
Zəngilanda çörək və unlu məmulatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən, “Xan Çinar 2020” MMC-yə məxsus çörək və unlu məmulatların emalı müəssisəsində yoxlama keçirib.

Operativ Media-ya bu barədə AQTA-dan məlumat verilib.

Baxış zamanı müəssisədə istifadə müddəti bitmiş bir sıra xammal məhsulları aşkarlanıb. Həmçinin qida məhsullarının donunun açılması prosedurunun normalara uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız qida məhsullarının dövriyyədən çıxarılaraq məhv edilməsinə dair müvafiq qərar qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər