Menyu

İspaniya 16 yaşdan kiçik uşaqların sosial media şəbəkələrinə girişini qadağan edəcək

Şəfa Hüseynli
İspaniya 16 yaşdan kiçik uşaqların sosial media şəbəkələrinə girişini qadağan edəcək

İspaniyanın Baş naziri Pedro Sançez 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edəcəyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə o Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edərkən deyib.

Bildirib ki, rəqəmsal platformalara nəzarəti artırmaq və administratorlarını bu şəbəkələrdəki pozuntulara görə məsuliyyətə cəlb etmək üçün digər tədbirlər görəcəklərini qeyd edib.

Eyni zamanda Baş nazir İspaniyanın sosial media platformalarının daha sərt, daha sürətli və daha təsirli tənzimlənməsi ilə bağlı koordinasiyalı və effektiv şəkildə irəliləmək üçün beş Avropa ölkəsi ilə birlikdə yaradılan "Rəqəmsal Hazırlıq Koalisiyası"na qoşulacağını vurğulayıb.

Əlaqəli Xəbərlər