Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Türkiyə liderinin keçirəcəyi görüşlərdə regional proseslər və iqtisadi əməkdaşlıq məsələləri ön planda olacaq. Görüşlərdə həmçinin Vaşinqton-Tehran xəttindəki gərginliyin müzakirəsi nəzərdə tutulub.
Ərdoğanın daha sonra fevralın 4-də Misirə səfəri planlaşdırılır.