İlon Mask Fransa prokurorluğunda dindirilməyə çağırılıb
Operativ Media
Fransa prokurorluğu milyarder İlon Maskı və "X" platformasının sabiq CEO-su Linda Yakkarinonu aprelin 20-də dindirməyə çağırıb.
Operativ Mediaxəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Açıqlamada bildirilir ki, istintaqın aparılması konstruktiv yanaşmanın bir hissəsidir və məqsəd "X" şirkətinin Fransada fəaliyyət göstərdiyi müddətdə onun işinin ölkə qanunvericiliyinə uyğunluğunu araşdırmaqdır.
Qeyd edək ki, axtarışlar "X France" şirkətinin ofisində aparılır.