Menyu

ABŞ İran PUA-sını vurub - YENİLƏNİB

Operativ Media
ABŞ İran PUA-sını vurub - YENİLƏNİB

“Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatının vurulmasına baxmayaraq, Vaşinqton və Tehran arasında danışıqlar qüvvədə qalır.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat yayıb.

PUA vurulmasını Pentaqon təsdiqləyib.

21:43

ABŞ hərbçiləri Ərəb dənizində İran pilotsuz uçuş aparatını vurub.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, İran istehsalı olan “Şahed-139” pilotsuz aparatı təyyarədaşıyan gəmiyə doğru uçarkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən məhv edilib.

Əlaqəli Xəbərlər