ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələri paketini imzalayaraq, təxminən dörd günlük qismən hökumət bağlanmasına son qoyub.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ Evdə keçirilən sənədlərin imzalanması mərasimində bildirib.
"Amerika xalqının təhlükəsizliyini və firavanlığını təmin etmək üçün vacib proqramları dəstəkləyərkən israfçı federal xərcləri effektiv şəkildə azaldan bir maliyyələşdirmə paketini qəbul edə bildik", - o bildirib.