Menyu

Braziliyada avtobusun aşması nəticəsində 16 nəfər ölüb

Şəfa Hüseynli
Braziliyada avtobusun aşması nəticəsində 16 nəfər ölüb

Braziliyanın şimal-şərqindəki Alaqoas ştatında avtobusun aşması nəticəsində 16 nəfər ölüb, 44 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Seara ştatından qayıdan avtobus San-Xose-de-Tapera şəhərində AL-220 magistral yolunda aşıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb və qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlanılıb.

Alaqoas ştatının qubernatoru Paulo Dantas verdiyi açıqlamada ştatda üç günlük rəsmi matəm elan edildiyini açıqlayıb.

Əlaqəli Xəbərlər