Qırğızıstan XİN rəhbəri ilə ŞƏT-in baş katibi arasında telefon danışığı olub
Şəfa Hüseynli
4 fevralda Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Nurlan Yermekbayev ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki,tərəflər Qırğızıstanın 2026-cı ildə ŞƏT-ə sədrliyi kontekstində Təşkilatın cari fəaliyyəti ilə bağlı cari məsələləri müzakirə ediblər. Xüsusi diqqət ŞƏT Dövlət Başçıları Şurasının 2026-cı ildə keçirilməsi planlaşdırılan növbəti iclasına hazırlıq məsələlərinə yönəldilib.