Ermənistanda modul tipli nüvə elektrik stansiyası tikilə bilər
Şəfa Hüseynli
Ermənistan modul tipli atom elektrik stansiyası tikmək imkanını nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan mətbuat konfransında bildirib.
O, nüvə elektrik stansiyası modeli ilə bağlı yekun qərarın hələ verilmədiyini, lakin Rusiya, ABŞ, Çin, Cənubi Koreya və Fransa kimi ölkələrdən alınan təkliflərin artıq təhlil edildiyini bildirib.