Qırğızıstan və Hindistan birgə hərbi təlim keçiriblər
Şəfa Hüseynli
Qırğızıstan və Hindistan arasında 13-cü birgə Kanjar hərbi təlimi bu gün Assamın Sonitpur rayonunun Misamari şəhərində başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Bildirilib ki, 14 günlük təlim Birləşmiş Millətlər Təşkilatının mandatı çərçivəsində şəhər müharibəsi və terrorizmə qarşı birgə əməliyyatlara diqqət yetirməklə, iki ölkənin xüsusi təyinatlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlib.