Qırğızıstan Prezidenti ABŞ-nin xüsusi elçisi Sercio Qoru qəbul edib
Şəfa Hüseynli
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ABŞ-nin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə xüsusi elçisi, səfir Sercio Qoru qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Qırğızıstan-Amerika siyasi və iqtisadi əməkdaşlığı, eləcə də nəqliyyat, rəqəmsallaşdırma, maliyyə texnologiyaları, süni intellekt və səhiyyə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Prezident Sadır Japarov Qırğızıstanın Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı faydalı və bərabər əsasda ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.