Menyu

Filippinin cənubunda baş verən yanğın nəticəsində 1000 ev kül olub

Şəfa Hüseynli
Filippinin cənubunda baş verən yanğın nəticəsində  1000 ev kül olub

Filippinin cənubundakı Tavi-Tavi əyalətinin Bonqao şəhərinin sahil ərazisində baş verən böyük yanğın nəticəsində təxminən 1000 yaşayış binası yanıb.

Operativ Media xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğın təxminən dörd saat davam edib. Güclü külək yanğını tez bir zamanda yayıb. Nəticədə təxminən 1000 ailə və ya təxminən 5000 nəfər evsiz qalıb.

Zərərçəkənlər müvəqqəti sığınacaqlara təxliyə edilib. Tələfat barədə məlumat verilməyib. Yanğının səbəbi və maddi ziyanın miqyası araşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər