Menyu

İranda qadınların artıq ikitəkərli nəqliyyat vasitələrini idarə etməsinə icazə verildiyi açıqlanıb

Şəfa Hüseynli
İranda qadınların artıq ikitəkərli nəqliyyat vasitələrini idarə etməsinə icazə verildiyi açıqlanıb

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif yanvar ayının sonlarında Nazirlər Şurası tərəfindən təsdiq edilmiş və qadınlara ikitəkərli nəqliyyat vasitələrini idarə etməyə icazə verilməsini nəzərdə tutan qətnamə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, artıq rəsmi olaraq ikitəkərli nəqliyyat vasitəsi üçün sürücülük vəsiqəsi ala bilərlər və bu da motosiklet və skuter idarə etməklə bağlı illərlə davam edən hüquqi qeyri-müəyyənliyə son qoyur.

Məlumata görə, yol hərəkəti qaydaları onların sürücülük etməsini açıq şəkildə qadağan etməsə də, ölkədə durmadan artan qadın motosikletçilər əvvəllər qəza baş verdikdə qanuni olaraq məsuliyyət daşıyırdılar.

Əlaqəli Xəbərlər