Gürcüstanın Türkiyə və Ermənistanla sərhədlərində yük maşınlarına qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Operativ Media
Gürcüstanın Türkiyə və Ermənistanla sərhədlərinə yük maşınlarının girişinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Operativ Media xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Məlumata görə, qar yağışı, aşağı temperatur və çovğun səbəbindən məhdudiyyətlər gecə ərzində tətbiq olunub. Lakin digər növ nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib.
"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi hələ də bağlıdır. Yuxarı Lars keçid məntəqəsində 1540 yük maşını gözləyir",- məlumatda qeyd olunub.