Menyu

Qəzzada "İslami Cihad" qruplaşmasının iki komandiri zərərsizləşdirilib

Operativ Media
Qəzzada "İslami Cihad" qruplaşmasının iki komandiri zərərsizləşdirilib

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza sektorunda "İslami Cihad" qruplaşmasının şimal briqadasının iki komandirini zərərsizləşdirib.

Operativ Media xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti açıqlama yayıb.

"Çərşənbə gecəsi atəşkəs razılaşmasının pozulmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri zərbə endirib və "İslami Cihad" terrorçu təşkilatının şimal briqadasının komandiri vəzifəsini icra edən Əli Razianunu zərərsizləşdirib", – deyə bəyanatda qeyd olunub.

İMQ-nin məlumatına görə, zərərsizləşdirilən şəxs terrorçuların köçürülməsinə, şimal briqadasının müdafiə planının təmin edilməsinə cavabdeh olub.

Həmçinin qruplaşmanın hərbi şurasında iştirak edərək HƏMAS-la birlikdə İsrail ordusuna qarşı hücumların hazırlanmasını koordinasiya edib.

Əlaqəli Xəbərlər