Yaponiya ABŞ, Rusiya və Çinin silah nəzarətində iştirakını dəstəkləyir
Yaponiya hökuməti ABŞ, Rusiya və Çin də daxil olmaqla “bütün müvafiq ölkələrin” silahlara nəzarət və tərksilah məsələlərində iştirakını dəstəkləyir.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti Baş katibinin müavini Kei Sato Rusiya və ABŞ arasında Strateji Silahların Azaldılması Müqaviləsinin (START) ləğvi ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə beynəlxalq ictimaiyyətdə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və silahlara nəzarət, eləcə də tərksilah sahəsində beynəlxalq mühit daha da mürəkkəbləşib. Bu amilləri nəzərə alan Yaponiya ABŞ, Rusiya və Çin də daxil olmaqla müvafiq ölkələrin iştirakı ilə silahlara nəzarət və tərksilah tədbirlərinin həyata keçirilməsini vacib hesab edir.
Kei Sato vurğulayıb ki, Tokio ABŞ ilə sıx əməkdaşlığı davam etdirəcək və digər ölkələri də bu prosesdə iştirak etməyə təşviq edəcək.