"Leonardo" qasırğası səbəbindən İspaniyada 3 min insan təxliyə edilib
Şəfa Hüseynli
İspaniyada baş verən şiddətli yağışlar Əndəlusiyanın geniş ərazilərini su altında qoyub.
Operativ Media xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Bildirilib ki, şiddətli hava şəraiti yolları bağlayıb, evləri su basıb. Kadiz, Xaen və Malaga əyalətlərində təxminən 3000 insan təxliyə edilib.
Məlumata görə, ölkə üzrə yüksək sürətli qatar xidmətləri dayandırılıb və məktəblər ləğv edilib. Qrazalema, Ronda və Cəbəllütariq boğazı bölgələri üçün qırmızı həyəcan siqnalı verilib və sinoptiklər hər kvadrat metrə 150 litrə qədər yağış yağacağını proqnozlaşdırırlar.
19 çay zonasında suyun səviyyəsi yüksəlib, onlardan altısında kritik səviyyə qeydə alınıb. Hələlik itkilər barədə məlumat verilməyib.