Menyu

Yaponiyada güclü qar səbəbindən ölənlərin sayı 38 nəfərə çatıb

Şəfa Hüseynli
Yaponiyada güclü qar səbəbindən ölənlərin sayı 38 nəfərə çatıb

Yaponiyanın şimalında və Yapon dənizi sahillərində güclü qar yağışı nəticəsində ölənlərin sayı 38-ə çatıb, 413 nəfər isə yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

Bildirilib ki, ən çox itki Niiqata, Akita və Yamaqata prefekturalarında qeydə alınıb. Naqano, Şimane, İvate və Kioto prefekturalarında da ölüm halları qeydə alınıb.

Bu qış Yaponiyada qar yağışı nəticəsində indiyə qədər 61 nəfər ölüb.


Əlaqəli Xəbərlər