Menyu

Gürcüstan Prezidenti İtaliyada səfərdədir

Şəfa Hüseynli
Gürcüstan Prezidenti İtaliyada səfərdədir

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İtaliyaya səfərə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Bildirilib ki, Kavelaşvili həyat yoldaşı Tamar Baqrationi və onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Milana gəlib.

Açılış mərasiminin əsas tədbiri Milandakı San Siro Olimpiya Stadionunda keçiriləcək.

Səfər çərçivəsində Gürcüstan Prezidenti XXV Qış Olimpiya Oyunlarında Gürcüstan Olimpiya nümayəndə heyəti ilə görüşəcək və fiqurlu konkisürmə üzrə komanda yarışında Gürcüstan nümayəndələrini dəstəkləyəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər