ABŞ nümayəndə heyəti “Tramp Marşrutu”na görə Ermənistana gəlib
Operativ Media
ABŞ-nin mühəndislik və məsləhət şirkəti AECOM-un komandası ABŞ Dövlət Departamentinin “Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə Əməkdaşlıq Fondu”nu adından TRIPP və ya “Tramp Marşrutu” layihəsinin sahə araşdırmalarına başlamaq üçün Ermənistana səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, bu işlərə texniki-iqtisadi qiymətləndirmə və dəmir yolu və digər infrastrukturların formalaşdırılması üzrə təkliflərin hazırlanması daxildir.