Menyu

Səudiyyə Ərəbistanında dəvələr üçün pasport sistemi tətbiq olunub

Şəfa Hüseynli
Səudiyyə Ərəbistanında dəvələr üçün pasport sistemi tətbiq olunub

Səudiyyə Ərəbistanı yerli dəvə populyasiyaları üçün pasportlar tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Nazirliyin "X" hesabında bildirilib ki, təşəbbüs dəvə sənayesinin səmərəliliyini artırmaq və dəvələr üzrə vahid məlumat bazası yaratmaq məqsədi daşıyır. 

Qeyd olunub ki, dəvə pasportu rəsmi şəkildə akkreditə edilmiş sənəd olacaq və heyvanın özü, cinsi, eləcə də sahibi barədə məlumatları əhatə edəcək. Pasportun əsas üstünlüklərindən biri hər bir dəvə üçün dəqiq və etibarlı sağlamlıq tarixçəsinin aparılmasına imkan verən ətraflı peyvənd qeydləridir. Bu da populyasiya daxilində yoluxucu xəstəliklərin monitorinqini asanlaşdıracaq.

Nazirliyin açıqlamasına görə, yeni sənəd sistemi mülkiyyətin təsdiqlənməsi prosesini sadələşdirəcək, həmçinin heyvandarlıqla məşğul olanlar üçün damazlıq işinin səmərəliliyinin artmasına töhfə verəcək.

Əlaqəli Xəbərlər