Suriya "Chevron" şirkəti ilə dənizdə neft yatağının işlənməsi üçün müqavilə imzalayıb
Şəfa Hüseynli
Suriyanın dövlət neft şirkəti ABŞ və Qətərlə ölkənin ilk dəniz neft və qaz yatağının işlənməsi üçün anlaşma memorandumu imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Suriya Neft Şirkətinin Amerika enerji nəhəngi "Chevron" və Qətərin "Power International Holding" şirkəti ilə bağladığı müqavilə Dəməşqdə ABŞ-ın Suriya üzrə xüsusi elçisi Tom Barrakın iştirakı ilə imzalanıb.