TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlıq perspektivləri müzakirə olunub
Fevralın 5-də Türk Dövlətlərinin Parlament Assambleyasının (TÜRKPA) baş katibi, səfir Ramil Həsən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə "Kabar" məlumat yayıb.
Görüşdə iki qurum arasında əməkdaşlığın hazırkı vəziyyəti, birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri, eləcə də institusional əsasda qarşılıqlı dialoqun daha da gücləndirilməsi yolları barədə ətraflı fikir mübadiləsi aparılıb. Türk dünyasının ortaq tarixi və mədəni irsinin qorunması və beynəlxalq səviyyədə təşviqinə yönəlmiş əlaqələndirilmiş səylərin vacibliyi xüsusi vurğulanıb. Bu kontekstdə Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA-nın iki qardaş və bir-birini tamamlayan qurum olduğu qeyd edilib.
Müzakirələrdə həmçinin mədəni irsin təbliği və gələcək birgə layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.