Menyu

Qazaxıstan XİN rəhbəri ABŞ dövlət katibinin müavini ilə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib

Şəfa Hüseynli
Qazaxıstan XİN rəhbəri ABŞ dövlət katibinin müavini ilə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlar zamanı tərəflər ikitərəfli gündəmdəki geniş spektrli aktual məsələləri, o cümlədən siyasi və iqtisadi əməkdaşlıq, ticarət və investisiya inkişafı, enerji və vacib mineral ehtiyatlar sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, regional və qlobal təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər