Stiv Uitkov Rusiya və Ukraynanın əsirlərin mübadiləsi barədə razılığa gəldiyini bildirib
Şəfa Hüseynli
ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri Əbu-Dabidə keçirilən danışıqlar zamanı 314 əsirin übadiləsi barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə Uitkoff "X" sosial şəbəkəsində yazıb: "Bu, beş ay ərzində ilk belə mübadilədir. Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları vasitəsilə əldə edilib. Hələ görüləsi çox iş olsa da, bu addımlar davamlı diplomatik əlaqələrin konkret nəticələr verdiyini və Ukraynadakı müharibəyə son qoymaq üçün səyləri irəlilədiyini göstərir " .
O, həmçinin əlavə edib ki, danışıqlar davam edəcək və gələn həftələrdə daha da irəliləyiş gözlənilir.