TPAO və Chevron arasında təbii qaz və enerji sahələrində anlaşma memorandumu imzalanıb
Şəfa Hüseynli
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İstanbulda milli neft şirkəti olan Türkiyə Neft Şirkəti (TPAO) ilə ABŞ-nin enerji nəhəngi Chevron arasında neft və təbii qaz kəşfiyyatı və istehsalı fəaliyyətlərində, eləcə də enerji sektorunda potensial əməkdaşlığı qiymətləndirmək üçün Anlaşma Memorandumunun imzalandığını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.
Bayraktar anlaşma memorandumu ilə həm Türkiyədə, həm də beynəlxalq səviyyədə birgə layihələr inkişaf etdirməyi hədəflədiklərini bildirib.