İsveç Ukraynaya enerji dəstəyi üçün 111 milyon dollar ayıracaq
Şəfa Hüseynli
İsveç 2026-cı ildə Ukraynaya enerji dəstəyi üçün 1 milyard kron (111 milyon dollar) ayırmaq qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu barədə hökumət ofisi məlumat verib.
"Hökumət bu gün Ukraynanın enerji sektorunu dəstəkləmək üçün 1 milyard kron məbləğində yeni yardım paketini təqdim etdi. Bu dəstək ölkənin təcili enerji ehtiyaclarını ödəməyə və uzunmüddətli perspektivdə enerji təchizatını gücləndirməyə kömək edəcək". - mətbuat açıqlamasında deyilir.
Bu məbləğin 600 milyon kronu (66,6 milyon dollar) Ukrayna Enerji Dəstək Fonduna, 400 milyon kronu (44,4 milyon dollar) isə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (BMTİP) yönəldiləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net