Mədəndə partlayış nəticəsində azı 18 işçi həlak olub
Operativ Media
Hindistanın şimal-şərqindəki Meqhalaya ştatında özəl kömür mədənində baş verən partlayış nəticəsində azı 18 işçi həlak olub.
Operativ Media-nın məlumatına görə, hadisə dağlıq Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib. Partlayış yerində 18 nəfərin meyiti tapılıb, daha bir nəfər xilas edilib. Agentliyin məlumatına görə, daha bir neçə nəfər dağıntılar altında qalmış ola bilər.
Axtarış-xilasetmə işləri davam edir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma