Amerikalı mühəndislər Ermənistanda TRIPP marşrutunu öyrənməyə başlayıblar
Şəfa Hüseynli
ABŞ-nin texniki nümayəndə heyəti Tramp Marşrutu Layihəsi (TRIPP) üçün ərazini araşdırmaq məqsədilə Ermənistana gəlib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin "Facebook" hesabında paylaşım edilib.
Bildirilib ki, mühəndislik və konsaltinq şirkəti AECOM-dan bir qrup TRIPP layihəsi üçün nəzərdə tutulmuş ərazidə tədqiqat işlərinə başlamaq üçün ölkəyə gəlib.
Məlumata görə, AECOM mütəxəssisləri Ermənistandakı dəmir yolunun və əlaqəli infrastrukturun layihələndirilməsi üçün texniki-iqtisadi əsaslandırma aparacaq və təkliflər hazırlayacaqlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net