Menyu

Gürcüstan Prezidenti ABŞ-nin vitse-prezidenti və Marko Rubio ilə görüşüb

Şəfa Hüseynli
Gürcüstan Prezidenti  ABŞ-nin vitse-prezidenti  və Marko Rubio ilə görüşüb

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Xarici İşlər Naziri Maka Boçorişvili Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri tərəfindən təşkil edilən qəbulda iştirak ediblər.

Operativ Media xəbər verir ki, bu barədə "Imedi news" məlumat yayıb.

Tədbirdə Mixeil Kavelaşvili və Maka Boçorişvili ABŞ-nin vitse-prezidenti J.D. Vens və ABŞ dövlət katibi Marko Rubio da daxil olmaqla müxtəlif ölkələrin liderləri ilə görüşüblər. Söhbət zamanı iki ölkənin ortaq dəyərlərinə xüsusi diqqət yetirilib.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili həmçinin İtaliya Prezidenti Sercio Mattarellanın XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən dövlət başçılarının şərəfinə təşkil etdiyi şam yeməyində iştirak edəcək.

Əlaqəli Xəbərlər