Menyu

Parisdə sosial media nəzarətinə qarşı mitinq keçiriləcək

Şəfa Hüseynli
Parisdə sosial media nəzarətinə qarşı mitinq keçiriləcək

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot həmvətənlərini gələn həftə Parisdə hökumətin sosial media üzərində nəzarətinə qarşı keçiriləcək mitinqə qatılmağa çağırıb.

Operativ Media xəbər verir ki, o, müvafiq elanı "Facebook"da paylaşıb.

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə hökumət 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial medianı qadağan edən qanun layihəsinin sürətləndirilmiş nəzərdən keçirilməsi prosesinə başlayıb.

Milli Assambleya (parlamentin aşağı palatası) artıq qanun layihəsini birinci oxunuşda dəstəkləyib. Makron aydınlaşdırıb ki, bu qanun layihəsi "Roblox" kimi sosial media elementləri olan müəyyən onlayn oyun platformalarını yeniyetmələr üçün qadağan edəcək.

Əlaqəli Xəbərlər