Nepalın qərbində toy karvanına məxsus avtobusun dərəyə aşması nəticəsində uşaqlar da daxil olmaqla, azı 13 nəfər ölüb, daha 40 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, “Katmandu Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, səkkiz nəfər hadisə yerində ölüb. Təcili yardım xidmətləri 45 nəfəri xilas edərək xəstəxanalara aparıb. Daha beş yaralı isə xəstəxanada həyatını itirib.
Avtobusdakı bir neçə sərnişin hazırda ağır vəziyyətdədir. Polis qeyd edib ki, yeni evlənənlər ayrı nəqliyyat vasitəsində olduqları üçün xəsarət almayıblar.