Menyu

Qazaxıstanda məktəbli balta ilə sinif yoldaşlarına hücum edib

Operativ Media
Qazaxıstanda məktəbli balta ilə sinif yoldaşlarına hücum edib
Qazaxıstanın Kulsary şəhərində balta ilə sinif yoldaşlarına tərəf qaçan məktəbli həbs edilib.

Operativ Media xəbər verir ki, bu barədə “Kursiv Media” məlumat yayıb.

Bildirilib ki, balta tutan oğlan 10-cu sinif şagirdi olub.

Hadisə nəticəsində iki şagird yüngül xəsarət alıb.

Məlumata görə, məktəbliyə “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. 15 yaşlı şübhəli müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və daxili işlər orqanları tərəfindən profilaktik müşahidəyə götürülüb.

Əlaqəli Xəbərlər