Hindistanda mədəndə partlayış nəticəsində 18 nəfər həlak olub
Şəfa Hüseynli
Hindistanın şimal-şərqindəki Meqhalaya əyalətində qanunsuz kömür mədəni partlayıb, nəticədə ən azı 18 mədənçi həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, xilasetmə əməliyyatları davam edir və bəzi insanların hələ də yeraltında qaldığı güman edilir.
Yerli polis faciənin olduqca təhlükəli mədən prosesi ilə əlaqəli olduğunu bildirib. İşçilər adətən bu üsuldan xüsusi qazılmış, dar və dayaz yeraltı keçidlərdə istifadə edirlər. İlkin məlumatlara görə, partlayışa dinamit səbəb olub.
Baş nazir Narendra Modi ölənlərin ailələrinə 200.000 rupi, yaralılara isə 50.000 rupi təzminat ödəniləcəyini açıqlayıb.