ABŞ-də polis helikopteri qəzaya uğraması nəticəsində iki nəfər ölüb
Şəfa Hüseynli
ABŞ-nin Arizona ştatının Flaqstaff şəhəri yaxınlığında baş verən helikopter qəzasında pilot və polis məmuru həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirilib ki, helikopter zəngə cavab verən polis əməkdaşlarına taktiki hava dəstəyi göstərirdi. Şübhəli binadan atəş açıb.Təxminən iki saat davam edən atışma zamanı hücum edən şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin helikopterə də atəş açdığı ehtimalını istisna etmirlər. Lakin bu məlumat hələ təsdiqlənməyib.