Menyu

Qırğızıstanda qəlyan çəkməyə lisenziya ilə icazə veriləcək

Şəfa Hüseynli
Qırğızıstanda qəlyan çəkməyə  lisenziya ilə icazə veriləcək

Qırğızıstanda ictimai sağlamlığın qorunmasını, lisenziyalaşdırma və icazə sistemini tənzimləyən qanunvericilikdə dəyişiklik edən qanun layihəsi ictimai müzakirəyə təqdim edilib.

Operativ Media xəbər verir ki, bu barədə "24.kg" məlumat yayıb.

Sənəddə qəlyanların istifadəsi ilə bağlı yeni qaydalar təklif olunub.

"Vətəndaşların sağlamlığının tütün və nikotin istehlakının nəticələrindən qorunması haqqında" Qanuna edilən dəyişikliklərdə bütün ictimai yerlərdə qəlyan cihazlarının istifadəsinə açıq şəkildə qadağa qoyulması təklif olunur. İcazə yalnız müvafiq lisenziyası, ventilyasiya sistemi olan müəssisələrin xüsusi təchiz olunmuş və 18 yaşdan yuxarı şəxslərin girişi ilə məhdudlaşdırılacaq.

Eyni zamanda, "Lisenziyalaşdırma və İcazə Sistemi haqqında" qanuna təklif olunan dəyişiklik qəlyan xidmətlərini rəsmi olaraq lisenziyalaşdıracaq. Bu o deməkdir ki, qəlyan barı kimi fəaliyyət göstərmək istəyən hər hansı bir müəssisə ayrıca lisenziya almalıdır.

Əlaqəli Xəbərlər