"Turkish Airlines" İstanbuldan İrəvana uçuşlara başlayır
Operativ Media
Martın 11-dən Türkiyənin milli aviadaşıyıcısı - "Turkish Airlines" ölkənin İstanbul və Ermənistanın paytaxtı İrəvan arasında uçuşlara başlamağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bu ölkənin Energetika Nazirliyinin Turizm Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu barədə aviaşirkət nümayəndələrinin komitə sədri Lusine Gevorqyanla görüşündə məlumat verilib.
"İclasda planlaşdırılan İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə edilib", - məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net